Donald Tramp - Vladimer Putinlə tezliklə danışacağam və nə edəcəyimizi öyrənəcəyəm
Donald Tramp - Vladimer Putinlə tezliklə danışacağam və nə edəcəyimizi öyrənəcəyəm

 

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna məsələsi ilə bağlı yaxın günlərdə Rusiya Prezidenti Vladimer Putinlə telefon danışığı aparacağını bildirir.

“Putinlə tezliklə danışacağam və ümumiyyətlə, nə edəcəyimizi öyrənəcəyəm. Bütün bunların dayanmasını istəyirəm” – Donald Tramp Ağ Evdə Polşa Prezidenti Karol Navrotski ilə görüş başlamazdan əvvəl jurnalistlərlə söhbəti zamanı qeyd edib.

Bununla yanaşı, Tramp ABŞ-nin sabiq prezidenti Co Baydenin hərəkətlərini “münaqişənin başlaması üçün əhəmiyyətli səbəb” adlandırıb.

“Bayden 350 milyard dolları ağılsızcasına xərclədi. Bu, bütün bunların başlamasının səbəblərindən biridir” – ABŞ Prezidenti bildirib.