ABŞ Prezidenti Donald Tramp Vladimer Putinlə çox yaxında danışacağını bildirir. Bu barədə o, jurnalistlərə deyib.
Ukraynada davam edən müharibə haqqında danışarkən jurnalist ondan Vladimer Putinlə nə vaxt danışmağı planlaşdırdığını soruşub.
“Çox yaxında. Növbəti bir neçə gün ərzində. Baxın, biz bunu edəcəyik. Rusiya və Ukraynadakı vəziyyətlə əlaqədar, biz bunu həll edəcəyik. Əminəm ki, bunu həll edəcəyik” – Tramp bildirib.
Amerika Prezidenti həmçinin qeyd edib ki, onun kimi birinci xanım Melania Tramp da Putini çox yaxşı başa düşürdü, lakin bu mərhələdə onlar məyusdurlar.
“Bilirsiniz, birinci xanım da mənim kimi Putinlə əla münasibət qururdu. Lakin, bilirsiniz, biz məyusuq. Bu cəfəng müharibənin davam etməsinə görə hər ikimiz məyusuq” – ABŞ Prezidenti qeyd edib.