Donald Tramp – Vladimer Putinin atəşkəslə bağlı bəyanatı çox perspektivlidir, lakin tam deyil

21:46, 13.03.2025

 
Rusiya Prezidenti Vladimer Putinin atəşkəslə bağlı bəyanatı çox perspektivlidir, lakin tam deyil – bu haqda ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

Tramp Rusiya Prezidenti ilə atəşkəs barədə danışmağa hazır olduğunu bildirib.

“Ümid edirəm ki, Rusiya düzgün hərəkət edəcək” – Tramp qeyd edib.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların başa çatması məqsədilə Putinlə görüşmək istəyərdi.

“Lakin, biz bunu sürətlə bitirməliyik” – Tramp qeyd edib.

Oxşar