Donald Tramp Vladimer Putin və Volodimir Zelenski ilə “yaxşı danışıqlar” apardığını bildirir

20:00, 17.06.2026

 

ABŞ Prezidenti Donald Tramp Vladimer Putin və Volodimir Zelenski ilə “yaxşı danışıqlar” apardığını bildirir. Ağ Evin liderinin sözlərinə əsasən, o, müharibədə olan ölkələrin liderləri ilə Fransanın Evian kurortunda, “Böyük Yeddilik” sammiti çərçivəsində söhbət edib.

Tramp həmçinin Ukraynanın Avropada ABŞ raketlərinin yerləşdirilməsi ilə bağlı çağırışına baxacağını qeyd edib.

“Onlar bunu edə bilmək istəyirlər. Biz buna baxacağıq” – o, bildirib.

Bununla yanaşı, jurnalistin “Rusiya-Ukrayna müharibəsinə görə Putinin məsuliyyət daşıdığını düşünürsünüzmü?” sualını cavabsız qoyub və münaqişəni həll etməyə çalışdığını qeyd edib.

Vaşinqtonun rus neftinə sanksiya tətbiq etməyə davam edib-etməyəcəyi barədə suala Tramp, bu qərarı yaranmış reallığa uyğun olaraq qəbul edəcəyini bildirib.

“Biz bunu müşahidə edirik, neftin qiymətinin nə qədər düşəcəyinə baxırıq; qiymətlər həqiqətən də düşür” – Tramp bildirib.

Oxşar