Donald Tramp Vladimer Putin və Si Dzinpinlə görüşdə Ukraynada müharibənin dayandırılması çağırışı ilə çıxış edəcəyini, həmçinin İran müharibəsinin başa çatdırılması məsələsini də müzakirə edəcəyini bildirir

17:26, 17.11.2026

 

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimer Putin və Çin Prezidenti Si Dzinpinlə görüşdə Ukraynada müharibənin dayandırılması çağırışı ilə çıxış edəcəyini bildirir.

Ağ Evin lideri həmçinin Çin və Rusiya liderləri ilə İran müharibəsinin başa çatdırılması məsələsini də müzakirə edəcəyini qeyd edib.

Bununla yanaşı, Trampın sözlərinə əsasən, imkan olarsa, Çində Rusiya Prezidenti Vladimer Putinlə ayrıca da görüşəcək.

“Dəqiq bilmirəm, lakin Putinlə görüşərdim. Əgər mümkün olarsa, görüşərdim” – Tramp Filippində jurnalistlərə açıqlayıb.

Eyni zamanda, Tramp Şimali Koreyanın lideri Kim Çen İnlə də görüşəcəyini istisna etməyib.

“O da görüşmək istəyir, görək nə baş verəcək” – ABŞ Prezidenti açıqlayıb.

Məlumat üçün bildirək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti 18-19 noyabr tarixlərində Çinin Şencen şəhərində keçiriləcək. Sammit çərçivəsində noyabrın 19-da Çin Prezidenti Si Dzinpin Rusiya və ABŞ prezidentləri Vladimer Putin və Donald Trampla görüşəcək.

Oxşar