Donald Tramp - Vladimer Putin raket sınaqdan keçirmək yerinə, Ukraynada müharibəni bitirməyə diqqət yetirməlidir
Donald Tramp - Vladimer Putin raket sınaqdan keçirmək yerinə, Ukraynada müharibəni bitirməyə diqqət yetirməlidir

 

Vladimer Putin raket sınaqdan keçirmək yerinə, Ukraynada müharibəni bitirməyə diqqət yetirməlidir – bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.

“Bilirlər ki, dünyada ən böyük nüvə sualtı qayığımız var, onların sahillərinə yaxın. Demək istəyirəm ki, onun 8 000 mil qət etməyə ehtiyacı yoxdur və ona görə də onlar bizimlə oyun oynamırlar, biz də onlarla oynamırıq. Biz də raketləri davamlı sınaqdan keçiririk, lakin bunu Putin üçün də deməyin məqsədəuyğun olduğunu zənn etmirəm. O, müharibəni bitirməlidir. Bir həftə davam etməli olan müharibə indi dördüncü ildir davam edir. Putin raket sınaqdan keçirmək yerinə, bu məsələyə baxmalıdır” – Tramp bildirib.

Jurnalistin əlavə sanksiyaların tətbiqinin planlaşdırılıb-planlaşdırılmadığı barədə sualına Tramp cavab verib: “Bunu öyrənəcəksiniz”.

Məlumat üçün bildirək ki, dünən Vladimer Putin Rusiyanın nüvə mühərrikinə malik “Burevestnik” raketini sınaqdan keçirdiyini bildirib.