Donald Tramp vəzifədə olduğu ilk gündə immiqrasiya, enerji siyasəti və federal hökumətin əməliyyatları haqda 100-ə yaxın icra sərəncamı verməyi planlaşdırır
Donald Tramp vəzifədə olduğu ilk gündə 100-ə yaxın icra sərəncamı verməyi planlaşdırır. Bu sərəncamların çoxu Bayden administrasiyası tərəfindən həyata keçirilən əmrləri ləğv etmək və ya aradan qaldırmaq məqsədilə işlənilib hazırlanıb. Bu barədə “CNN” yazır.
Donald Tramp immiqrasiya, enerji siyasəti və federal hökumət əməliyyatları haqda tez bir zamanda icraedici tədbirlər görəcək.
İmmiqrasiya ilə bağlı sərəncam Müdafiə Departamentinin maliyyə dəstəyini açmaq vasitəsi kimi sərhəddə milli fövqəladə vəziyyət elan edilməsini əhatə edir.
Tramp bir sıra narkotik kartellərini xarici terror təşkilatları olaraq adlandıracaq və administrasiyasını Miqrantların Müdafiəsi Protokolunun daha çox “Meksikada qalmaq” kimi bəhs etdikləri ilk müddətli siyasətini bərpa etməyə çağıracaq.
Tramp federal hökumətin müxtəliflik, bərabərlik və inklüzivlik siyasətini ləğv etmək haqda icra sərəncamları; Həmçinin, prezident Co Bayden tərəfindən qəbul edilən genderlə bağlı xüsusi icra sərəncamlarını ləğv etmək əmrini imzalayacaq.