Donald Tramp - Venesuelanın prezidenti vəzifəsinin icraçısı əgər düzgün hərəkət etməsə, çox böyük bədəl ödəyəcək, yəqin ki, Maduronunkundan da daha böyük
ABŞ Prezidenti Donald Tramp Venesuelanın vitse-prezidenti və prezident vəzifəsinin icraçısı Delsi Rodriqezə xəbərdarlıq edir və əgər düzgün hərəkət etməsə, çox böyük bədəl ödəyəcəyini qeyd edir.
“O, əgər düzgün hərəkət etməsə, çox böyük bədəl ödəyəcək, yəqin ki, Maduronunkundan da daha böyük” – Tramp “The Atlantic”lə söhbətində deyib.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Venesuelada “rejim dəyişikliyinə” ehtiyac olduğunu bildirib.
“Bilirsiniz, bərpa və ya rejim dəyişikliyi, adını nə qoyursunuzsa qoyun, indiki vəziyyətdən daha yaxşıdır. Daha pis bir şey artıq ola bilməz” – Donald Tramp qeyd edib.
Bununla yanaşı, Donald Tramp ABŞ-nin müdafiəsi üçün Qrenlandiyanın əldə edilməsinin zəruri olduğunu bildirib.
“Bizə həqiqətən Qrenlandiya lazımdır, mütləq. Müdafiə üçün bizə lazımdır” – Tramp bildirib.