Donald Tramp - Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-a 30-dan 50 milyon barelə qədər neft verəcək, o satılacaq, mən vəsaitin Venesuela və ABŞ xalqının xeyrinə istifadə olunmasına nəzarət edəcəyəm
ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-a 30-dan 50 milyon barelə qədər neft verəcəyini bildirir. Bu haqda Tramp sosial şəbəkədə yazır.
“Venesuelanın müvəqqəti hakimiyyətinin Amerika Birləşmiş Ştatlarına 30-dan 50 milyon barelə qədər yüksək keyfiyyətli, sanksiyalı neft verəcəyini elan etməkdən məmnunam. Bu neft bazar qiymətinə satılacaq, mən isə Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, bu pulun Venesuela və Amerika Birləşmiş Ştatlarının xalqının xeyrinə istifadə olunmasını təmin etmək üçün nəzarət edəcəyəm! Energetika katibi Kris Rayta qeyd olunan planı dərhal həyata keçirməyi tapşırdım. Onu gəmilərə yükləyəcəklər və boşaldılması üçün Amerika Birləşmiş Ştatlarının limanlarına gətirəcəklər” – Tramp yazır.