Donald Tramp və Vladimer Putinin görüşü Alyaskada, Ankoric Hərbi Bazasında keçiriləcək
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimer Putin Alyaskada, Ankoric Hərbi Bazasında görüş keçirəcəklər.
“CNN”in məlumatına əsasən, bu barədə qərar Vaşinqton və Moskva arasında uzun sürən məsləhətləşmələrdən sonra qəbul edilib.
Medianın yazdığı kimi, Ağ Evin mənbələrinə əsasən, “bu tarixi hadisə üçün zəruri təhlükəsizlik səviyyəsini təmin edə biləcək” yeganə yer Ankoricin şimal hissəsindəki Elmendorf-Riçardson Birləşmiş Hərbi Bazasıdır.
Medianın məlumatına əsasən, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən 2023-cü ildə Vladimer Putinə qarşı çıxarılan həbs orderi mümkün görüş yerlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Buna görə Rusiya Avropa variantlarından, o cümlədən Vyana və Cenevrədən də imtina edib.
Ağ Evin mənbələrinin sözlərinə əsasən, son seçim Alyaska və Macarıstan arasında olub. Nəhayət, Putin “gözlənilmədən Amerika ərazisində, Rusiyanın bir hissəsi olmuş ərazidə görüşməyə razı olub”.