Donald Tramp və Vladimer Putin sabah ikitərəfli görüş keçirəcəklər
Donald Tramp və Vladimer Putin sabah ikitərəfli görüş keçirəcəklər. “CNN”in yazdığı kimi, ABŞ rəsmisi sabah ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimer Putinlə görüşəcəyini təsdiqləyib.
Tramp və Putinin sonuncu ikitərəfli görüşü 2025-ci ilin avqustunda Alyaskada keçirilib.
Məlumat üçün bildirək ki, bu gün Çinin Şenjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində keçirilən tədbirdə birgə foto çəkilişindən əvvəl Vladimer Putin Donald Trampa özü yaxınlaşaraq əl sıxıb.
Səfər çərçivəsində həmçinin ABŞ, Rusiya və Çin prezidentləri arasında tarixdə ilk üçtərəfli görüş planlaşdırılır.