Donald Tramp və Rəcəb Tayyib Ərdoğan İran məsələsi ilə bağlı telefon danışığı aparıblar
ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı İran və ABŞ arasında əldə edilən atəşkəs razılaşmasını müzakirə ediblər. Bu haqda Türkiyə Prezident Administrasiyasının bəyanatında qeyd olunub.
Bəyanatda liderlərin Yaxın Şərqdəki hadisələri müzakirə etdikləri deyilir.
“Prezident Ərdoğan atəşkəs razılaşmasını təqdir edib və bildirib ki, bütün dünya üçün olduqca çətin və yorucu 40 gündən sonra yaranan iki həftəlik fürsət pəncərəsindən dayanıqlı sülh razılaşmasını təmin etmək üçün maksimum dərəcədə istifadə olunmalıdır. Bu prosesə xələl gətirilməsinə icazə verilməməlidir” – bəyanatda bildirilir.
Bununla yanaşı, Ərdoğan qeyd edib ki, dost və qardaş xalqlar, xüsusilə Pakistanla əməkdaşlıq çərçivəsində həyata keçirilən həll tapmaq cəhdlərinə Türkiyənin dəstəyi daha da artacaq.