Donald Tramp və Rəcəb Tayyib Ərdoğan bu gün Ağ Evdə danışıqlar aparacaqlar
ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ağ Evdə danışıqlar aparacaqlar.
Türkiyə mediasının məlumatına əsasən, liderlər ikitərəfli münasibətləri, o cümlədən ticarət, investisiyalar və müdafiə sənayesi sahələrində, eləcə də regional məsələləri müzakirə edəcəklər.
Türkiyə mediasının qiymətləndirməsinə görə, ABŞ və Türkiyə prezidentlərinin görüşü Yaxın Şərqdə qeyri-sabitliyin artdığı həlledici vaxta təsadüf edir.
“İnanıram ki, prezident Trampla görüşümüz qlobal sülhə dair ortaq baxışımız çərçivəsində bölgəmizdə müharibələr və münaqişələrin sona çatmasına kömək edəcək və ölkələrimiz arasında əməkdaşlığı daha da gücləndirəcək” – Türkiyə Prezidenti bildirib.