Donald Tramp və Melania Tramp Ağ Evdə kral Çarlzı və kraliça Kamillanı qəbul etdilər [foto]
Donald Tramp və Melania Tramp Ağ Evdə kral Çarlzı və kraliça Kamillanı qəbul etdilər [foto]

ABŞ prezidenti Donald Tramp və birinci ledi Melania Tramp Ağ Evdə Böyük Britaniyanın kralı III Çarlzı və kraliça Kamillanı qəbul ediblər.
Mediada yazıldığına görə, bu görüş qeyri-rəsmi xarakter daşıyıb. Kral və kraliçanın rəsmi qarşılanma mərasimi isə sabaha planlaşdırılıb.
Görüşdən sonra kral və kraliça Böyük Britaniyanın səfirinin iqamətgahında keçiriləcək “bağ ziyafəti”nə qatılacaqlar.
Bu, kral Çarlzın monarx statusunda ABŞ-yə ilk səfəridir və Böyük Britaniya monarxının 2007-ci ildən bəri ABŞ-yə ilk dövlət səfəridir.
Dörd günlük dövlət səfəri çərçivəsində kral Çarlzın Konqresdə çıxışı da planlaşdırılır. Bu çıxışda ABŞ-nin vitse-prezidenti Cey Di Vens də iştirak edəc