Donald Tramp və Kir Starmer bu gün Birləşmiş Krallığın Baş nazirinin iqamətgahında görüş keçirəcəklər
Donald Tramp və Kir Starmer bu gün Birləşmiş Krallığın Baş nazirinin iqamətgahında görüş keçirəcəklər

 

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmerin görüşü bu gün Çekersdə, Birləşmiş Krallığın Baş nazirinin yay iqamətgahında baş tutacaq.

Medianın məlumatına əsasən, iki ölkənin lideri daha sonra birgə mətbuat konfransı keçirəcək.

Yayılmış məlumata əsasən, mətbuat konfransında ola bilsin Fələstin dövlətinin tanınması məsələsi üstünlük təşkil etsin. Kir Starmerin rəsmi bəyanat verməyi Trampla görüşünə qədər məhz bu səbəbdən təxirə saldığı barədə məlumatlar yayılır.