Donald Tramp və birinci xanım Melania Tramp Londona gediblər
Donald Tramp və birinci xanım Melania Tramp Londona gediblər

 

ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melania Tramp Londona gediblər. Onlar 1955-ci ildən Amerikanın Britaniyadakı səfirinin iqamətgahı olan Uinfild Hausa yerləşiblər.

Donald Tramp ABŞ-nin Britaniyadakı səfiri ilə artıq görüşüb. ABŞ Prezidenti ona gördüyü işlərə görə təşəkkür edib.

ABŞ Prezidenti mediaya qısa şərh verib və qeyd edib ki, sabah “böyük gün olacaq”, bununla da Böyük Britaniya kralı ilə planlaşdırılan görüşə diqqət çəkib.

Məlumat üçün bildirək ki, bu, Donald Trampın Böyük Britaniyaya ikinci dövlət səfəridir.