Donald Tramp və Benyamin Netanyahu arasında telefon danışığı baş tutub
Donald Tramp və Benyamin Netanyahu arasında telefon danışığı baş tutub

 

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Ağ Evin nümayəndəsi məlumatı təsdiqləyir.

Onların hansı məsələləri müzakirə etməsi və tərəflərin nə barədə razılığa gəlməsi haqda hələlik rəsmi olaraq bəyanat dərc olunmayıb.

Bundan əvvəl Donald Tramp milli təhlükəsizlik komandası ilə görüş keçirib. Mediada yazdıqları kimi, görüşdə Amerikanın Prezidenti İsraillə birlikdə İranın nüvə obyektlərinə zərbə endirilməsini müzakirə edib.