Donald Tramp Vaşinqtonun Rusiya və Ukrayna tərəfindən müharibəni bitirmək üçün “çox güclü istək” gördüyünü bildirir
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya və Ukrayna tərəfindən müharibəni bitirmək üçün “çox güclü istək” gördüyünü bildirir.
O bildirib ki, hər iki ölkə döyüşməkdən yorulub və Amerika tərəfi çıxış yolunun tapılmasına fəal şəkildə cəlb olunub.
“Əbu-Dabidə bu məsələ ilə bağlı çox konstruktiv söhbət aparırıq“ – Tramp Ağ Evdə jurnalistlərə açıqlayıb.
ABŞ Prezidenti Rusiya və Ukrayna arasında müharibənin başa çatması üçün böyük istək gördüyünü də vurğulayıb. Onun sözlərinə əsasən, Rusiya-Ukrayna müharibəsi Birləşmiş Ştatlara böyük təsir göstərmir, lakin şəxsi arzusu münaqişəni bitirməkdir.
“Mən onları bir araya gətirə bildim. Görüşlər yaxşı gedir, lakin məsələni həll etməyə çalışırıq. Demək istəyirik ki, bu ölkə olaraq bizə təsir etmir, lakin şəxsən mənə təsir edir” – Tramp bildirib.