Donald Tramp - Vaşinqtonda açıq şəkildə antisemitizmə əsaslanan dəhşətli qətl, ABŞ-da nifrətə və radikalizmə yer yoxdur
Donald Tramp - Vaşinqtonda açıq şəkildə antisemitizmə əsaslanan dəhşətli qətl, ABŞ-da nifrətə və radikalizmə yer yoxdur

 

ABŞ Prezidenti İsrail səfirliyinin əməkdaşlarına hücuma münasibət bildirib. Donald Tramp öz sosial şəbəkəsində həlak olanların ailələrinə başsağlığı verdiyini yazır.

“Vaşinqtonda açıq şəkildə antisemitizmə əsaslanan dəhşətli qətlə indi son qoyulmalıdır. ABŞ-da nifrətə və radikalizmə yer yoxdur. Təəssüf ki, belə şeylər baş verir” – Tramp yazır.

Xatırladaq ki, Vaşinqtonun mərkəzində Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşını qətlə yetiriblər. “BBC”nin məlumatına əsasən, kişi və qadına Yəhudi Muzeyində keçirilən tədbirdən çıxarkən hücum edilib. Şübhəli şəxsi artıq saxlayıblar. Polisin məlumatına əsasən, şəxs saxlanıldıqdan sonra “Fələstinə azadlıq” şüarları səsləndirib.