Donald Tramp - Uzun müddətdir İranla danışırıq, bu dəfə onlar ciddidirlər, sabah onların elektrik stansiyalarına zərbə endirməyi planlaşdırırdıq, lakin bunu təxirə saldıq
Donald Tramp - Uzun müddətdir İranla danışırıq, bu dəfə onlar ciddidirlər, sabah onların elektrik stansiyalarına zərbə endirməyi planlaşdırırdıq, lakin bunu təxirə saldıq

 

ABŞ Prezidenti Donald Tramp bildirir ki, İranın sülhə nail olmaq üçün daha bir şansı var.

“Bütün həyatım danışıqlar olub, lakin uzun müddətdir İranla danışırıq. Bu dəfə onlar ciddidirlər” – Tramp bildirib.

Amerika Birləşmiş Ştatlarının Prezidentinin qiymətləndirməsinə görə, İran nüvə silahı yaratmaqdan imtina etməyə razıdır.

“Ümid edirik ki, onlar bu şansdan istifadə edəcəklər. İstənilən halda Amerika və bütün dünya daha təhlükəsiz olacaq” – Tramp əlavə edib.

Donald Trampın sözlərinə əsasən, Amerika Birləşmiş Ştatları və İran arasında danışıqlar ötən həftənin sonunda bərpa olunub.

“Sabah onların elektrik stansiyalarına zərbə endirməyi planlaşdırırdıq, lakin bunu artıq planlaşdırmırıq, təxirə saldıq. Ümid edirik ki, bunu etmək məcburiyyətində qalmayacağıq və hər kəs üçün yaxşı olan razılaşmaya nail olacağıq” – Amerika Birləşmiş Ştatlarının Prezidenti izah edib.