Donald Tramp Ukraynanın Vladimir Putinin iqamətgahına zərbə endirdiyinə inanmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına zərbə endirdiyinə inanmadığını bildirib.
“Belə zərbənin endirildiyinə inanmıram. Orada, yaxınlıqda nəsə baş verib, lakin onun bütün bunlarla heç biri ilə əlaqəsi yoxdur” – Tramp “Air Force One”da jurnalistlərlə söhbətində deyib.
Məlumat üçün bildirək ki, dekabrın 29-da telefon danışığı zamanı Vladimer Putin Donald Trampa Ukrayna tərəfinin onun iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum etdiyini deyib.