Donald Tramp - Ukraynalılara çox ehtiyac duyduqları "Patriot"ları göndərəcəyik, Putin yaxşı danışır və sonra hamını bombalayır
Donald Tramp - Ukraynalılara çox ehtiyac duyduqları "Patriot"ları göndərəcəyik, Putin yaxşı danışır və sonra hamını bombalayır

 

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” tipli hava hücumundan müdafiə raketlərini göndərəcəyini bildirib və qeyd edib ki, bu raketlər Ukraynanı qorumaq üçün lazımdır, çünki Rusiya Prezidenti Vladimer Putin “yaxşı danışır, lakin günün sonunda hamını bombalayır”.

“Biz onlara çox ehtiyac duyduqları “Patriot”ları göndərəcəyik, çünki Putin çox insanı təəccübləndirib. O, yaxşı danışır və sonra axşam hamını bombalayır. Lakin, burada kiçik bir problem var – bu, xoşuma gəlmir. Onlara müxtəlif, yüksək dəqiqliklə hazırlanmış hərbi avadanlıqlar göndərəcəyik, onlar bunun üçün 100% ödəniş edəcəklər” – Tramp qeyd edib.

Tramp Ukraynaya nə qədər “Patriot” raketi verəcəyini dəqiqləşdirməyib, lakin Avropa İttifaqı tərəfindən onların dəyərinin ABŞ-a ödəniləcəyini bildirib.