Donald Tramp Ukraynada müharibənin bitirilməsini müzakirə etmək üçün çox tezliklə Rusiya Prezidenti ilə görüşə biləcəyini deyir

11:08, 17.02.2025

 
ABŞ-nin Prezidenti Donald Trampın fikrincə, Ukraynada müharibənin bitirilməsini müzakirə etmək üçün çox tezliklə Rusiya Prezidenti Vladimer Putin ilə görüşə biləcək. Bu haqda o, jurnalistlərlə danışarkən deyib.

Tramp sülhə nail olmaq üçün çox çalışdığını və həm Putinin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin döyüşləri dayandırmaq istədiklərinə inandığını deyib.

“Biz irəliləyəcəyik. Biz Rusiya ilə Ukrayna arasında sülhə nail olmağa çalışırıq və bunun üzərində çox çalışırıq. Bu, heç vaxt başlamamalı olan müharibədir” – Tramp deyib.

Jurnalistin “Prezident Putin bütün Ukraynanı istəyirmi” sualına Tramp mənfi cavab verib.

“Zənn etmirəm, dayandırmaq istəyir. Ona sualım bu idi. Çünki davam etsə, bizim üçün böyük problem olardı. Və bu, mənim üçün böyük problem yaradacaqdı, çünki buna sadəcə icazə vermək olmaz. Zənnimcə, o, bunu bitirmək istəyir və onlar bunu tez bitirmək istəyirlər. Onların hər ikisi, Zelenski də bunu bitirmək istəyir” – Tramp deyib.

Oxşar