Donald Tramp – Ukraynada müharibəni bitirəcəyəm, Yaxın Şərqdə xaosu dayandıracağam, III Dünya Müharibəsinin qarşısını alacağam, Bayden administrasiyasının bütün axmaq icra sərəncamları ləğv ediləcək
Ukraynada müharibəni bitirəcəyəm, Yaxın Şərqdə xaosu dayandıracağam, III Dünya Müharibəsinin qarşısını alacağam, buna nə qədər yaxın olduğumuza dair heç bir fikriniz yoxdur – bu haqda ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Vaşinqtonda tərəfdarları ilə görüş zamanı deyib.
Donald Tramp deyib ki, Amerikanın tənəzzülü dayanacaq və Amerikanın güc və firavanlıq dövrü başlayacaq.
“Biz uğursuz və korrupsioner siyasi elitanın Vaşinqtonda uğursuz administrasiyasının şahlığına son qoymaq niyyətindəyik. Biz sərhədlərimizdə axınları dayandıracağıq. Biz neftimizi geri qaytarmaq niyyətindəyik. Ayağımızın altında olan maye qızılı açmaq niyyətindəyik. Biz vətəndaşlarımıza qanunu və asayişi bərpa etmək niyyətindəyik. Biz məktəblərimizdə vətənpərvərlik ruhunu bərpa etmək niyyətindəyik. Hərbçilərimizdən və hökumətimizdən radikal solçu səs-küylü ideologiyaları çıxarmaq niyyətindəyik. Və biz Amerikanı yenidən möhtəşəm etmək niyyətindəyik” – Donald Tramp bildirib.
Eyni zamanda məlum olur ki, Donald Tramp inaqurasiyadan sonra bir neçə gün ərzində Rusiyanın Prezidenti Vladimer Putinlə danışıq təşkil etməyi öz köməkçilərinə tapşırıb. Bu haqda məlumatı “CNN” yayır. Yayılmış məlumata əsasən, telefon danışığında məqsəd yaxın aylarda Ukraynada müharibəyə son qoymaq üçün şəxsi görüş təşkil etmək olacaq.