Donald Tramp – Ukraynada müharibə ümumiyyətlə başlamamalı idi

12:13, 12.07.2024

ABŞ prezidentliyinə namizəd Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanla görüşdən sonra bildirib ki, Ukraynada müharibə ümumiyyətlə başlamamalı idi.

Tramp görüşə sosial şəbəkələrdə cavab verib.

“Təşəkkür edirəm, Viktor. Tezliklə sülh olmalıdır. Heç vaxt başlamamalı olan müharibədə çoxlu insan öldü”, – Donald Tramp yazıb.

Macarıstanın baş naziri də görüşə cavab verib. Viktor Orban sosial şəbəkədə “Günün yaxşı xəbəri odur ki, Donald Tramp Ukraynadakı münaqişəni həll etməyə hazırlaşır”.

Oxşar