Donald Tramp – Ukrayna və Rusiya ilə işləyirik, müxtəlif tərəflərlə görüşlər və danışıqlar planlaşdırmışıq
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, “onun administrasiyası Ukrayna, Rusiya və müxtəlif tərəflərlə görüşlər və danışıqlar planlaşdırıb”.
“Ukrayna və Rusiya ilə işləyirik, müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlər və danışıqlar planlaşdırmışıq” – Tramp bildirib.
Bundan əvvəl Donald Tramp tərəfindən Ukrayna məsələləri üzrə seçilmiş xüsusi nümayəndə Kit Kelloqi ABŞ-ın Ukraynada seçki keçirmək istədiyini bildirmişdi.
Ukrayna Prezidentinin kommunikasiyalar məsələləri üzrə müşaviri Dimitri Litvin bu bəyanata münasibət bildirdi və dedi ki, bu, uğursuz plandır.