Donald Tramp – Ukrayna bir gün Rusiya ola bilər
Ukrayna bir gün Rusiya ola bilər. – ABŞ Prezidenti Donald Tramp bunu Fox News-a müsahibəsində deyib.
“Onlar razılığa gələ bilər, olmaya da bilər. Bəlkə bir gün Rusiya olacaqlar, ya da olmayacaqlar”. – Donald Tramp bildirib.
Amerika prezidenti Ukrayna ilə nadir faydalı qazıntılar üzrə sazişdən də danışıb və qeyd edib ki, Ukraynaya edilən yardımın müqabilində faydalı qazıntılar istəyir.
“ABŞ Ukraynaya yardım üçün yüz milyardlarla dollar sərmayə qoyub. Mən onlara 500 milyard dollarlıq metal istədiyimi dedim və onlar razılaşdılar. Deməli, heç olmasa, özümüzü axmaq kimi hiss etmirik.” – Tramp qeyd edib.