Donald Tramp – Uğurumuzu təkcə qalib gələcəyimiz mübarizələrlə deyil, həm də bitirəcəyimiz müharibələrlə və ən əsası heç vaxt daxil olmayacağımız müharibələrlə qiymətləndirəcəyik

22:49, 20.01.2025

 

Uğurumuzu təkcə qalib gələcəyimiz mübarizələrlə deyil, həm də bitirəcəyimiz müharibələrlə və ən əsası heç vaxt daxil olmayacağımız müharibələrlə qiymətləndirəcəyik – bu haqda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Kapitoli binasında çıxışı zamanı bildirib.

Donald Tramp deyib ki, onun “ən qürurverici mirası sülhməramlı və birləşdirici olacaq”.

“Bizim gücümüz bütün müharibələri dayandıracaq və zalım, qəddar və proqnozlaşdırıla bilməyən dünyaya yeni birlik ruhu gətirəcək” – Donald Tramp bildirib.

ABŞ Prezidenti deyib ki, “2017-ci ildə olduğu kimi, yenidən dünyanın indiyə qədər gördüyü ən güclü ordunu yaradacaq”.

Oxşar