Donald Tramp Türkiyədə planlaşdırılan NATO sammitində iştirak edəcək
Donald Tramp Türkiyədə planlaşdırılan NATO sammitində iştirak edəcək

 

ABŞ Prezidenti Donald Tramp Türkiyədə planlaşdırılan NATO sammitində iştirak edəcək. Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

NATO-nun sammiti Türkiyənin paytaxtı Ankarada 7-8 iyul tarixlərində keçiriləcək. Bu, NATO-nun sayca 36-cı sammiti olacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın bəyanatına əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar Donald Trampla bir neçə dəfə danışıb və ABŞ Prezidenti bu söhbətlər zamanı görüşdə iştirak etmək planlarını bir daha təsdiqləyib.