Donald Tramp – Türkiyə digər ölkələrdən qat-qat daha sadiq idi, ona “F-35” təyyarələrinin satılması müzakirə etdiyimiz məsələdir

18:13, 07.07.2026

 

ABŞ Prezidenti Donald Tramp Konqresin qoyduğu qadağaya baxmayaraq, Türkiyəyə “F-35” qırıcı təyyarələrinin satılıb-satılmayacağı ilə bağlı tezliklə qərar verəcəyini bildirib.

“Bizim Türkiyə ilə daha yaxşı münasibətlərimiz var və Türkiyə bir çox cəhətdən, sadiq olmalı olduqlarını düşündüyümüz digər ölkələrdən qat-qat daha sadiq idi” – Donald Tramp qeyd edib.

Onun sözlərinə əsasən, bir çoxlarının fikrincə, Türkiyənin “F-35″ləri almaq hüququ olmalıdır.

Trampın bəyanatına əsasən, təyyarələrin satılması onun administrasiyasının həqiqətən müzakirə etdiyi məsələdir.

Oxşar