Donald Tramp Tom Homanın ölkənin sərhədlərinin təhlükəsizliyinə rəhbərlik edəcəyini bildirir
Donald Tramp onun əvvəlki administrasiyası dövründə İmmiqrasiya və Gömrük Xidmətinin direktoru vəzifəsini icra etmiş Tom Homanın ölkənin sərhədlərinin təhlükəsizliyinə rəhbərlik edəcəyini bildirib.
“İmmiqrasiya və Gömrük Xidmətinin sabiq direktoru və sərhəd nəzarətinin sadiq müdafiəçisi Tom Homanın Tramp administrasiyasına qoşulacağını və ölkəmizin sərhədlərinə, o cümlədən cənub və şimal sərhədlərimizə, dəniz və aviasiya təhlükəsizliyinə cavabdeh olacağını bildirməkdən məmnunam” – Amerikanın seçilmiş prezidenti Donald Tramp “Truth Social”da yazıb.
Tramp qeyd edib ki, Homan “qanunsuz əcnəbilərin gəldikləri ölkələrə deportasiyasına rəhbərlik edəcək”.