Donald Tramp Tokioya gedib
Donald Tramp Tokioya gedib

 

Donald Tramp Tokioya gedib. ABŞ Prezidenti Yaponiyanın İmperator Sarayında ölkənin imperatoru Naruhito ilə görüşüb. Bununla yanaşı, Donald Tramp dediyi kimi, Yaponiyanın yeni seçilmiş baş naziri Sanae Takaiçi ilə görüşməyi səbirsizliklə gözləyir.

Medianın məlumatına əsasən, Tramp Yaponiyada ölkələr arasında ticarət əlaqələrinin dərinləşdirilməsi, investisiyalar və müdafiə xərcləri ilə bağlı danışıqlar aparacaq.

Tokioda Donald Trampın ehtimal ki, ziyarət etməyi planlaşdırdığı ABŞ səfirliyi və digər əlamətdar yerlər ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Tokio Metropolitan Polis Departamentinin 18 minə qədər əməkdaşı səfərbər olunub.

Məlumat üçün bildirək ki, Yaponiyaya getməzdən əvvəl ABŞ Prezidenti Malayziyada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində iştirak edib. Donald Trampın turu oktyabrın 30-da Cənubi Koreyada Si Dzinpinlə təkbətək görüşlə başa çatacaq.