Donald Tramp "TikTok"la əlaqədar Çinlə razılaşma əldə olunduğunu bildirir
Donald Tramp "TikTok"la əlaqədar Çinlə razılaşma əldə olunduğunu bildirir

 

ABŞ Prezidenti Donald Tramp “TikTok” video tətbiqi ilə əlaqədar Çinlə razılaşma haqqında xəbər verir.

ABŞ Prezidenti sosial mediada yazır ki, ABŞ-da gənclərin xilas etməyi çox istədiyi “müəyyən” şirkətlə bağlı razılaşma əldə olunub.

“Avropada Amerika Birləşmiş Ştatları və Çin arasında keçirilən böyük ticarət görüşü çox yaxşı keçdi! Tezliklə başa çatacaq. Həmçinin, ölkəmizdə gənclərin xilas etməyi çox istədiyi “müəyyən” şirkətlə bağlı razılaşma əldə olunub. Onlar çox xoşbəxt olacaqlar! Cümə günü prezident Si Dzinpinlə danışacağam. Münasibətlərimiz çox güclü olaraq qalır” – Donald Tramp yazır.