Donald Tramp tərəfindən tətbiq edilən cavab rüsumları bu gündən qüvvəyə minib
ABŞ Prezidenti Donald Tramp tərəfindən ABŞ-la böyük ticarət defisiti olan ölkələrdən idxal edilən mallara tətbiq edilən rüsumlar rəsmi olaraq qüvvəyə minib.
Donald Tramp tərəfindən tətbiq edilən cavab rüsumları 11%-dən 50%-ə qədərdir, lakin Çinin cavab addımlarından sonra ABŞ Prezidenti Pekinə qarşı rüsumları 104%-ə qaldırıb.
Çinə qarşı tətbiq edilən rüsumlardan başqa, Donald Trampın qərarı ilə Avropa İttifaqına 20%, Vyetnama 46%, Tayvana 32%, Yaponiyaya 24%, Hindistana 26%, Taylanda 36%, İsveçrəyə 31%, İsrailə 17%, Moldovaya 31% rüsumlar tətbiq edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın ABŞ-a idxal olunan mallara tətbiq etdiyi 10%-lik baza rüsumları aprelin 5-dən qüvvəyə minib.