Donald Tramp tərəfindən təşəbbüsü irəli sürülmüş əmrə uyğun olaraq, “Google” şirkəti ABŞ-da Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişib

16:17, 31.08.2026

 

Prezident Donald Tramp tərəfindən təşəbbüsü irəli sürülmüş əmrə uyğun olaraq, “Google” şirkəti ABŞ-da Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişib. Onların sözlərinə əsasən, “Google Maps”in amerikalı istifadəçiləri bundan sonra xəritədə gölün adı kimi “Amerika gölü”nü, kanadalılar – Ontario gölünü, ABŞ və Kanada hüdudlarından kənarda olan istifadəçilər isə hər iki adı birlikdə görəcəklər.

Medianın məlumatına əsasən, “Google” şirkəti analoji addımı əvvəllər də atıb, belə ki, Donald Trampın qərarı ilə Meksika körfəzinin adı dəyişdirilərək “Amerika körfəzi” adlandırılmışdı.

Bununla yanaşı, “Politico”nun məlumatına əsasən, demokrat konqresmen Debi Dinql Donald Trampın icra fərmanının ləğv edilməsi haqqında qanun layihəsi hazırlayıb. Birsəhifəlik qanun layihəsinin adı “Böyük Göllərimizə Təcavüzün Qarşısının Alınması Aktı”dır.

“İnsanlar iki ölkənin bir-biri ilə nə qədər sıx bağlı olduğunu dərk etmirlər. Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi isə dəlilikdir” – o, bildirib.

Məlumat üçün bildirək ki, avqustun 27-də Tramp Ontario gölünə “Amerika gölü” adının verilməsi barədə icra fərmanını imzalayıb və həmçinin iki okeanın adının dəyişdirilməsini nəzərdən keçirdiyini bəyan edib. Kanadanın Baş naziri isə qeyd edib ki, gölə bu ad əsrlər əvvəl verilib və kanadalılar üçün o, hər zaman Ontario gölü olaraq qalacaq.

Oxşar