Donald Tramp tərəfindən müxtəlif ölkələrə tətbiq edilən rüsumlar 10%-dən 49%-ə qədərdir, Gürcüstan 10%-lik siyahıdadır

10:19, 03.04.2025

 

ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən cədvələ əsasən, ABŞ tərəfindən müxtəlif ölkələrə tətbiq edilən rüsumlar belədir: Çinə 34% rüsum tətbiq edilib, Hindistana – 26%, Yaponiyaya – 24%, Vyetnama – 46%, Tayvana – 32%, Moldovaya – 31%, Cənubi Koreyaya – 25%, Kambocaya – 49%, Taylanda – 39%, Şri-Lankaya – 44% və s.
Məlumatı “Sky News” yayır.

ABŞ Gürcüstan, Azərbaycan, Ermənistan, eləcə də Ukraynaya 10% rüsum tətbiq edib.

Bununla yanaşı, Tramp Avropa İttifaqına 20% və Böyük Britaniyaya 10% rüsumlar tətbiq edib.

ABŞ Prezidenti rüsumların ABŞ iqtisadiyyatının bərpasına kömək edəcəyini bəyan edib.

Tramp, Çinə və prezident Si Dzinpinə böyük hörmət bəslədiyini, lakin onların ABŞ-dan “böyük üstünlük əldə etdiklərini” deyib.

“Digər liderlər öz ölkələrinin qayğısına qalırlar, Amerika idxalına yüksək rüsumlar tətbiq edirlər, ölkəmizə indidən qayğı göstərməyə başlamalıyıq” – Tramp bildirib.

“BBC”nin məlumatına əsasən, əsas 10%-lik rüsumlar aprelin 5-dən qüvvəyə minəcək.

Oxşar