Donald Tramp – Təkcə xalqlarımıza deyil, bütün planetə təsir göstərən məsələlər üzrə hörmətə əsaslanan dialoqu qoruyub saxlamaq üçün üzərimizə xüsusi məsuliyyət düşür

15:31, 19.11.2026

 

Bu gün yan-yana əyləşməklə tarix yaradırıq — bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

Trampın sözlərinə əsasən, o, Si Dzinpin və Vladimer Putin üçtərəfli danışıqlar aparmaqla “həqiqətən tarix yaradırlar”.

“Bizim üçümüzün də müzakirə edəcəyi çox şey var və dünyanın üç ən böyük ölkəsinin prezidentləri kimi artıq bir sıra məsələləri müzakirə etmişik. Təkcə xalqlarımıza deyil, bütün planetə təsir göstərən məsələlər üzrə açıq, qarşılıqlı hörmətə əsaslanan və məhsuldar dialoqu qoruyub saxlamaq üçün üzərimizə xüsusi məsuliyyət düşür” — Tramp açıqlayıb.

ABŞ Prezidenti əvvəlki liderləri “fikir ayrılığı yaşadıqları” ölkələrlə danışıqlardan yayındıqlarına görə tənqid edib.

“Bizim yanaşmamız tam əksinədir. Heç bir problem köhnə yanaşma ilə, onların barəsində danışmaqdan imtina etməklə həll olunmayıb” — Tramp qeyd edib.

Bununla yanaşı, o, bu “tarixi sammit”in ABŞ, Çin və Rusiyaya bir sıra “çox mühüm məsələlərin” həlli üçün “yeni imkanlar və yanaşmalar axtarıb tapmaq” fürsəti verdiyini bildirib.

“Bu otaqda olan hər kəs bilir və ümid edirəm ki, hamımız üçün daha yaxşı gələcək yaradacağıq. Dünyanın üç ən böyük nüvə dövləti — Amerika Birləşmiş Ştatları, Rusiya və Çin Yer kürəsində nüvə silahlarının sayının necə azaldıla biləcəyini müzakirə etmək üçün unikal imkana malikdir” — Tramp qeyd edib.

ABŞ Prezidenti nüvə tərksilahının və beynəlxalq əməkdaşlığın vacib olduğunu bəyan edib, lakin nüvə silahından imtina etməyin “çox çətin” olduğunu qeyd edib. Tramp Ukrayna müharibəsi məsələsindən də bəhs edib və bu gün daha əvvəl Putinlə bu mövzuda “uzunmüddətli söhbət” apardıqlarını deyib.

Oxşar