Donald Tramp – təhlükəsiz, müvafiq və məntiqli keçid dövrünü həyata keçirənədək ABŞ Venesuelanı idarə edəcək
ABŞ təhlükəsiz, müvafiq və məntiqli keçid dövrünü həyata keçirənədək Venesuelanı idarə edəcək. Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Buna görə də biz istəmirik ki, kimsə başqa biri müdaxilə etsin və son illərdə yaşadığımız eyni vəziyyət yaransın. İndi artıq oradayıq. Odur ki, idarəçilik əldə edənədək, faktiki olaraq müvafiq keçid baş verənədək qalacağıq”, – deyə Donald Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, ABŞ ilə Venesuela arasında “tərəfdaşlıq” Venesuela xalqını “varlı, müstəqil və təhlükəsiz” edəcək.
Tramp Maduronu ABŞ-a “ölümcül qanunsuz narkotiklərin nəhəng miqdarının” gətirilməsinə görə məsuliyyət daşıyan “qanunsuz diktator” adlandırıb.
Donald Trampın bəyanatına görə, ABŞ zərurət yaranacağı təqdirdə Venesuelaya qarşı ikinci, “xeyli daha genişmiqyaslı” hücumu həyata keçirməyə hazırdır.