Donald Tramp təhdidini yerinə yetirəcəyini və fevralın 1-dən səkkiz Avropa ölkəsinə əlavə rüsum tətbiq edəcəyini bildirib
Donald Tramp təhdidini yerinə yetirəcəyini və fevralın 1-dən səkkiz Avropa ölkəsinə əlavə rüsum tətbiq edəcəyini bildirib

 

Donald Tramp təhdidini 100 faiz yerinə yetirəcəyini və fevralın 1-dən səkkiz Avropa ölkəsinə Qrenlandiya ilə bağlı əlavə 10 faizlik rüsum tətbiq edəcəyini bildirib.

“NBC News”a qısa telefon müsahibəsində ABŞ Prezidenti həmçinin Avropanın Rusiya və Ukrayna ilə müharibəyə diqqət yetirməli olduğunu bildirib.

“Açığını desək, bunun onlara nə gətirdiyini görürsünüz. Avropa məhz buna diqqət yetirməlidir, Qrenlandiyaya yox” – Tramp əlavə edib.

ABŞ Prezidenti həmçinin Norveçin Baş nazirinin hökumətinin Nobel Sülh Mükafatını kimin alacağına heç bir təsiri olmadığı ilə bağlı izahatını rədd edib.

“Norveç nə deyirlərsə desinlər, ona tam nəzarət edir. Onlar bununla heç bir əlaqələrinin olmadığını deməyi sevirlər, lakin onların hər şeyi ortaqdır. Nobel Mükafatı məni maraqlandırmır” – Tramp deyib.

Donald Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Britaniya, Niderland və Finlandiyaya rüsumlar tətbiq edir.