Donald Tramp – Tariflərdən istifadə edirik ki, dünyada suverenliyimizi və təhlükəsizliyimizi qoruyaq, o cümlədən əvvəlki korrupsioner administrasiya ilə üstünlük əldə etmiş ölkələrə qarşı
“Tariflərdən istifadə edirik ki, dünyada suverenliyimizi və təhlükəsizliyimizi qoruyaq, o cümlədən əvvəlki administrasiya ilə – korrupsioner, səriştəsiz administrasiya ilə üstünlük əldə etmiş ölkələrə qarşı,” – bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
Trampın sözlərinə görə, ABŞ ölkələrə o tarifləri tətbiq edir ki, hansı ki, uzun illər ABŞ-a qarşı tətbiq olunub.
“Qaydaları qoruyan ölkələrin zavodları talan olundu. Təəssüf ki, bunu izləmək məcburiyyətində qaldıq – onlar dağıldılar. Onları qaydalara əməl etməyən ölkələr dağıtdı. Məhz buna görə ABŞ indi digər ölkələrə tariflər tətbiq edir – hansı tariflər ki, uzun müddət ABŞ-a qarşı tətbiq olunurdu. Biz tariflərdən müdafiə vasitəsi kimi istifadə edirik. Mənim administrasiyam dövründə yüz milyardlarla dollar əldə etdik. Bizdə ən aşağı inflyasiya göstəricisi var. Tariflərdən istifadə edirik ki, dünyada suverenliyimizi və təhlükəsizliyimizi qoruyaq, o cümlədən əvvəlki administrasiya ilə – korrupsioner, səriştəsiz administrasiya ilə, yuxulu Co Baydenin administrasiyası ilə üstünlük əldə etmiş ölkələrə qarşı,” – deyə Tramp qeyd edib.