Donald Tramp Suriyaya tətbiq olunan sanksiyaların ləğv edilməsi haqqında fərmanı imzaladı
ABŞ Prezidenti Donald Tramp Suriyaya tətbiq edilmiş sanksiyaların ləğv olunması barədə fərmanı imzalayıb. Bu barədə “ABC News” məlumat yayıb.
Sanksiyaların ləğvi ilə bağlı qərar 1 iyul tarixindən qüvvəyə minəcək.
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitin bildirdiyinə görə, sanksiyaların ləğvi sabitlik və sülh yolunda atılan addımın bir hissəsidir və bu istiqamətdə dəstək göstərmək məqsədi daşıyır.
Xatırladaq ki, may ayında Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunda ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Suriyaya tətbiq edilən sanksiyaları ləğv edəcək. Həmin vaxt Tramp bildirmişdi ki, bu qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirələrdən sonra qəbul edib.