ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın BMT-ni əvəz edə biləcəyini bildirir.
Tramp bu haqda Ağ Evdə keçirilən brifinqdə qeyd edib.
O, BMT-nin çox da faydalı olmadığını deyib.
“Mən BMT-nin potensialının böyük pərəstişkarıyam, lakin o, heç vaxt öz potensialını üzə çıxarmayıb. BMT mənim həll etdiyim bütün müharibələri həll etməli idi. Mən heç vaxt onlarla olmamışam, onların yanına getməyi heç düşünməmişəm belə” – Tramp qeyd edib.