Donald Tramp - "Sülh Şurası" ən vacib beynəlxalq təşkilat olacaq, onun əhatə dairəsi Qəzzanı aşacaq
ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın yaxınlaşan birinci iclası haqqında danışıb və qeyd edib ki, bu, ən vacib beynəlxalq təşkilat olacaq.
Donald Tramp “Sülh Şurası”nın təkcə Qəzza məsələsi ilə məhdudlaşmayacağını, məqsədin bütün dünyada sülhə nail olmaq olduğunu bildirib.
“Dünyanın bütün liderləri böyük məbləğdə vəsait yatıracaqlar və düşünürəm ki, bu, Qəzzanın hüdudlarını aşacaq. Düşünürəm ki, bütün dünyada sülh olacaq. Biz Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə işləyirik. Birləşmiş Millətlər Təşkilatının böyük potensialı var, lakin onlar bunu göstərə bilməyiblər. Düşünürəm ki, onlar bizə bir az kömək edə bilərlər” – Tramp qeyd edib.
Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Prezidentinin bəyanatına əsasən, tezliklə Qəzzada tətbiq edilən bir çox məhdudiyyət aradan qaldırılacaq və region açılacaq.