Donald Tramp – “Sülh sazişlərinin təşkil edilməsi mənim yaxşı bacardığım işdir, bunu BMT etməlidir, amma onlar etmir”
Donald Tramp – “Sülh sazişlərinin təşkil edilməsi mənim yaxşı bacardığım işdir, bunu BMT etməlidir, amma onlar etmir”

“Sülh sazişlərinin təşkili mənim yaxşı bacardığım işdir.” Bu barədə ABŞ prezidenti Donald Tramp Kuala Lumpurda Kamboca və Tailand arasında sülh sazişinin imzalanmasından əvvəl bildirib.

ABŞ prezidenti xatırladıb ki, bu münaqişə onun müdaxilə etdiyi ilk müharibələrdən biri olub.

“Mən belə şeyləri etməyi sevirəm. Düzünü desəm, bu, bir növ hobbidir deməliyəm, amma əslində hobbilərdən daha ciddi bir şeydir. Sadəcə, bu mənim yaxşı bacardığım və sevdiyim işdir. BMT bunu etməlidir, amma onlar etmir,” – deyə Tramp bildirib.