Donald Tramp – Sonumuzun Avropa kimi olmaması üçün Putin haqqında düşünməyə daha az vaxt və zorakı miqrantlar haqqında düşünməyə daha çox vaxt sərf etməliyik
ABŞ-nin Prezidenti Donald Tramp “Truthsocial” sosial şəbəkəsində paylaşım edir və yazır ki, Putin haqqında düşünməyə daha az vaxt sərf edilməlidir.
Trampın qeyd etdiyi kimi, zorakı miqrantlar haqqında daha çox düşünməlidirlər ki, onların sonu Avropa kimi olmasın.
“Sonumuzun Avropa kimi olmaması üçün Putin haqqında düşünməyə daha az vaxt və zorakı miqrantlar, narkobaronlar, qatillər və ölkəmizə daxil olan psixiatriya müəssisələrindən olan insanlar haqqında düşünməyə daha çox vaxt sərf etməliyik” – Donald Tramp yazır.