Donald Tramp – Şimali Koreya böyük nüvə dövlətidir, Kim Çen İn çox ağıllı insandır və müəyyən mərhələdə ola bilsin, təmas qurulsun
ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın lideri ilə təması istisna etməyəcəyini bildirib.
Jurnalistin Şimali Koreya ilə təmasının olub-olmaması ilə bağlı sualına Donald Tramp cavab verib ki, müəyyən mərhələdə ola bilsin, onlarla təmas qurulsun.
“Böyük nüvə dövlətidir və Kim Çen İn çox ağıllı insandır” – Donald Tramp deyib.
Həmçinin, ABŞ Prezidenti Şimali Koreyanın lideri ilə çox yaxşı münasibətinin olduğunu qeyd edib.