Donald Tramp Si Dzinpinlə oktyabrın 30-da Cənubi Koreyada görüşəcək
Donald Tramp Si Dzinpinlə oktyabrın 30-da Cənubi Koreyada görüşəcək

 

Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirir ki, ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Dzinpinlə oktyabrın 30-da görüşəcək.

Levitt, Donald Tramp və Si Dzinpin arasında görüşün Cənubi Koreyanın Busan şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçiriləcəyini bildirib.

Səfər çərçivəsində ABŞ Prezidenti Malayziya və Yaponiyaya da səfər edəcək, burada o müxtəlif liderlərlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

Bundan əvvəl Donald Tramp Çin Prezidenti ilə Rusiyadan neft alışını dayandırmaq barədə danışmağı planlaşdırdığını bildirib.