Donald Tramp, Si Dzinpin və Vladimer Putin dörd bəndlik birgə bəyannamə qəbul ediblər

16:35, 19.11.2026

 

Donald Tramp, Si Dzinpin və Vladimer Putin arasında keçirilən üçtərəfli danışıqlardan sonra Rusiya, Birləşmiş Ştatlar və Çin birgə bəyannamə qəbul ediblər. “Sülh haqqında” adlanan bəyannamə Kremlin veb saytında yerləşdirilib.

Liderlərin birgə bəyanatına əsasən, onlar qlobal çağırışlara daha səmərəli cavab verməsi və beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə fundamental missiyasını yerinə yetirməsi üçün BMT-nin islahatlarına dəstək vermək öhdəliyi götürürlər.

Liderlər həmçinin artan tələbata uyğun olaraq neft məhsullarının istehsalını artırmaq barədə razılığa gəliblər.

Bununla yanaşı, bəyannamədə Çin, Rusiya və ABŞ-nin liderləri Beynəlxalq Cinayət Məhkəməsini öz yurisdiksiyasından sui-istifadə etməməyə çağırırlar. Liderlər həmçinin “nüvə müharibəsinin başlamamalı olduğunu” təsdiqləyiblər və nüvə riskləri və onun yayılması üzrə dialoqa başlayacaqlarına söz veriblər.

“Rusiya Federasiyasının Prezidenti Vladimer Putin, Çin Xalq Respublikasının Sədri Si Dzinpin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 2026-cı ilin noyabrın 19-da Şencendə görüş keçiriblər. Rusiya və ABŞ-nin dövlət başçıları bu tarixi üçtərəfli sammitin təşkilinə və keçirilməsinə görə Çinə minnətdarlıqlarını bildiriblər. Üç dövlətin başçısı cari beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunub-saxlanmasına sadiq olduqlarını ifadə edib.

1. BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunda Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha səmərəli cavab verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik sahəsindəki fundamental missiyasına uyğun olması üçün onun islahatlarına hazır olduqlarını ifadə ediblər;

2. Üç dövlət bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar sabit enerji təchizatının əhəmiyyətini təsdiqləyiblər;

3. Üç dövlətin başçısı dövlətlərin razılığı prinsipinin və rəsmi şəxslərin toxunulmazlığına riayət olunmasının müstəsna əhəmiyyət daşıdığını qeyd edərək, Beynəlxalq Cinayət Məhkəməsi və digər oxşar qurumların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduğu ilə razılaşıb;

4. Üç dövlətin başçısı nüvə müharibəsində heç kimin qalib gələ bilməyəcəyini və onun heç vaxt başlanmamalı olduğunu təsdiqləyib. Üç ölkə nüvə silahının yayılmaması və nüvə risklərinin azaldılması istiqamətində dialoq aparacaq” — birgə bəyannamədə deyilir.

Oxşar