Donald Tramp – Si Dzinpin mənə zəng etdi, yaxşı münasibətimizin olacağını düşünürəm, ümid edirəm Çin Rusiya-Ukrayna müharibəsini dayandırmaqda bizə kömək edəcək

22:45, 23.01.2025

 
ABŞ Prezidenti Donald Tramp Çinin Prezidenti Si Dzinpinin Amerikaya Rusiya-Ukrayna müharibəsini dayandırmağa kömək edəcəyinə ümid edir.

“Si Dzinpin mənə zəng etdi. Yaxşı münasibətimizin olacağını düşünürəm. Bizim hər zaman yaxşı münasibətimiz olub. Ümid edirik ki, yaxşı işləyəcəyik və razılığa gələcəyik. Ümid edirik ki, Çin müharibəni, xüsusən də Rusiya-Ukrayna müharibəsini dayandırmaqda bizə kömək edəcək, çünki onların bu vəziyyətə çox böyük təsiri var” – Donald Tramp Davosda Dünya İqtisadi Forumunun illik iclasında virtual çıxışı zamanı qeyd edib.

Bununla yanaşı, Donald Tramp ABŞ və Çin arasındakı münasibətdən də danışıb.

“İstədiyimiz tək şey ədalətdir. Biz bərabər şərait istəyirik” – ABŞ Prezidenti bildirib.

Oxşar