Donald Tramp – Si Dzinpin mənə heç bir halda İrana silah verməyəcəyini və ya satmayacağını söylədi, Putin də mənə eyni şeyi dedi, düşünürəm ki, iki ən böyük ölkə bu işdə iştirak etmir

20:11, 24.07.2026

 

ABŞ Prezidenti Donald Tramp, Çin Prezidenti Si Dzinpin və Rusiya Prezidenti Vladimer Putinin ona İrana silah satmayacaqlarına söz verdiklərini bildirib.

O, izah edib ki, ABŞ silahı NATO üzvü olan ölkələrə tam qiymətinə satır və alyansın bu silah-sursatı daha sonra necə böldüyü ona məlum deyil.

“Prezident Si Pekindəki son görüşümüz zamanı mənə dedi ki, heç bir halda İran İslam Respublikasına silah verməyəcək və ya satmayacaq, bu bəyanat Çin şirkətlərinə də şamil olunurdu. Münasibətimizdən irəli gələrək, onun sözünə etibar edirəm. Bundan əlavə, mən də ona çox böyük yaxşılıq edirəm. Həmçinin, Prezident Putin də Ukraynada davam edən dəhşətli müharibəyə baxmayaraq (Prezident Zelenski ilə olduğu kimi, onunla da əlaqə saxlanılır), mənə İrana silah satmayacağını dedi. O anlayır ki, mən silahı Ukraynaya deyil, NATO ölkələrinə satıram. Onlar tam qiymətini ödəyirlər, daha sonra bu silahın necə paylanıldığı barədə isə heç bir təsəvvürüm yoxdur. Bundan irəli gələrək, İran kontekstində tez-tez adı çəkilən iki ən böyük ölkə, mənim fikrimcə, bu işdə iştirak etmir. Bunu etsəydilər, onlar üçün çox pis olardı – bu, həqiqətən də onların maraqlarına uyğun gəlmir” – Tramp sosial şəbəkədə yazır.

Oxşar